DOI: 10.28942/jpp.v2i1y2016.305 ISSN:
2 AYLIQ KÖRPƏDƏ ANADANGƏLMƏ SİTOMEQALOVİRUS HEPATİTİNİN KLİNİK XÜSUSİYYƏTLƏRİ
M.Z. ƏfəndiyevaMüasir pediatriyanın ən aktual problemlərindən biri hamilə qadınların infeksiyaya yoluxma tezliyinin yüksəlməsi, yenidoğulan körpələr arasında bətndaxili infeksiyaların (BDİ) geniş vüsət almasıdır. BDİ 80 % hallarda xronik gedişlidir. 30-68,1% təsadüflərdə antenatal ölümə səbəb olur,vaxtından qabaq doğuşla nəticələnir [1,2].