18F-PSMA-1007 Radioaktiv Dərman Vasitəsinin Yüksək Effektivli Maye Xromatoqrafiyası ilə Radiokimyəvi Saflığının Təyini Üsulunun Validasiyası
Tahir A. Süleymanov18F-PSMA-1007 radioaktiv preparatının radiokimyəvi təmizliyini təyin etmək üçün HPLC metodunun validasiya parametrləri müəyyən edilmişdir. YEMX cihazının RAD detektoru tərəfindən təyin olunan dərmanın yarımparçalanma dövrünün xəttiliyinin kənaraçıxması 0,01 8% təşkil etmişdir. Metodun validasiya göstərcilərinə nəzərən, standart nümunə əsasında aparılan analizlərdə dəqiqlik parametrinin variasiya əmsalının 1,04%, düzgünlük göstəricisi isə 1,06% olduğu müəyyən edilmişdir. Metodun xəttiliyinin 0,42–1,59% diapason aralığında dəyişdiyi təyin edilmişdir. Metodun stabilliyinin müəyyən edilməsi zamanı 20 mkl inyeksiya həcmi və 1 ml/dəq axış sürətinin optimal olduğu qənaətinə gəlinmişdir. Metod radioaktiv dərman vasitələrinin radiokimyəvi analizlərinin həyata keçirilməsi üçün yüksək həssaslığa, spesifikliyə və dəqiqliyə malikdir.