DOI: 10.28942/ajph.v3i1y2025.1 ISSN:

ŞAGİRDLƏRDƏ MİYOPİYA VƏ DURUŞ POZĞUNLUQLARI

Z. Kazimova

Giriş. Ekran vaxtının artması və açıq havada qalma müddətinin azalması miyopiya riski ilə, qeyriergonomik iş yeri və az hərəkətlilik isə duruş pozğunluqları ilə əlaqələndirilir. Məktəb bu hallar üçün erkən aşkarlama və korreksiya baxımından optimal mühitdir. Məqsəd. Şagirdlərdə miyopiya əlamətlərinin və duruş pozğunluqlarının yayılmasını, profilaktika barədə məlumatlılıq səviyyəsini və görmə problemlərinin təhsilə mümkün təsirini müəyyənləşdirmək. Metodlar. Bakıda 14 məktəbdə kəsiyinəllənmiş tədqiqat: hər məktəbdən bir 7-ci sinif; cəmi 386 şagird (196 oğlan, 190 qız), əsasən 12–13 yaş. Qısa sorğu (16 sual), vizometriya və oftalmoloqun qiymətləndirməsi; cərrah tərəfindən onurğanın ekspress müayinəsi tətbiq olundu. Məlumatlar Sorgular.az-a daxil edildi və SPSS-də təsviri analizləndirildi. Nəticələr. Tam (100%) görmə kəskinliyi 242 şagirddə qeydə alındı; eynək taxanların payı 15,3% (59/386). Miyopiya əlamətləri 22,0%-də (85/386) aşkarlanıb. Duruş pozğunluqları geniş yayılıb: skolioz — 24,1% (93/386), kifoz — 3,6% (14/386); korset taxanlar — 1,3% (5/386). Profilaktikanın tərkib hissəsi kimi planlı oftalmoloji müayinələr barədə məlumatlılıq 26,9% səviyyəsindədir. Görmə problemlərinin təhsilə təsirini 37,7% bildirir.

More from our Archive