DOI: 10.28942/jpp.v2i1y2016.288 ISSN:
ŞƏRTİ-PATOGEN ENTEROBAKTERİYALARIN TÖRƏTDİYİ KƏSKİN BAĞIRSAQ İNFEKSİYALARININ MÜALİCƏSİNİN OPTİMALLAŞDIRILMASI
Z.M QuliyevaTədqiqatın məqsədi erkən yaşlı uşaqlarda şərti-patogen enterobakteriyaların törətdiyi kəskin bağırsaq infeksiyalarının kompleks müalicəsində Enterol preparatının klinik effektivliyinin öyrənilməsi olmuşdur. Bu məqsədlə kəskin bağırsaq infeksiyalı 6 ay-3 yaş qrupunda olan 117 xəstə klinik-laborator müayinə olunmuşdur. Nəzarət qrupunu analoji yaş qrupundan olan 17 praktik sağlam uşaq təşkil etmişdir. Alınan nəticələr göstərmişdir ki, şərti-patogen enterobakteriyaların törətdiyi kəskin bağırsaq infeksiyalarının kompleks müalicəsində Enterolun tətbiqi bazisterapiya ilə müqayisədə klinik rekonvalessensiyanın daha tez başlanmasına gətirib çıxarmışdır.