ŞƏKƏRLİ DİABET VƏ ONUN AĞIRLAŞMALARININ MÜALİCƏSİNDƏ LİMFOTROP FİTOTERAPİYANIN ƏHƏMİYYƏTİ
Aytac T. Bədəlovaİşin məqsədi eksperimental şəkərli diabet və onun ağırlaşmalarının müalicəsində limfatrop fitoterapiya üsullarının işlənib hazırlanmasıdır. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, emoksipinin ADLY ilə birgə tətbiqi zamanı aşkar edilən antioksidant effekti təkcə LPO məhsullarının azalması ilə deyil, həm də QSH-ın artması ilə müşayiət edilmişdir. Eksperimental ŞD modelləşdirilmiş dovşanlara fibrinolitik – urokinazanın ADLY ilə birgə yeridilməsi təkcə qan və limfanın fibrinolitik fəallığını yüksəltməmiş, bu zaman nəzərə çarpacaq dərəcədə antikoaqulyant və antioksidant effekti də müşahidə edilmiş, qanda və limfada xeyli dərəcədə aterogen lipidlərin miqdarı da azalmışdır. Daha rasional terapevtik effekt isə AƏQP-nın patogenezinin müxtəlif mexanizmlərinə təsir göstərə bilən emoksipin və urokinazanın ADLY ilə birgə tətbiq edilməsi zamanı müşahidə edilmişdir. Qan və limfanın damardaxili laxtalanması daha davamlı zəifləmiş, toxumaların limfadrenajı güclənmişdir. Bu zaman LM-də və LPO-da baş verən dəyişiklər dərinləşmiş, belə müalicə daha güclü antioksidant və limfastimuləedici təsir göstərmişdir.