DOI: 10.28942/appj.vxvii2y2016.269 ISSN:

ÜRƏYİN İŞEMİK XƏSTƏLİYİNİN KOMPLEKS MÜALİCƏSİNDƏ MAQNEZİUM PREPARATININ TƏTBİQİ

Rufulla F. Abdullayev

İşin məqsədi sabit gərginlik stenokardiyalı xəstələrdə antianginal bazis terapiyası fonunda “Maqnerot” preparatının endotelial disfunksiyaya olan təsirinin öyrənilməsi olmuşdur. Bu məqsədlə orta yaş 53,5±1,2 il olan 116 xəstə müayinə edilmişdir. Müəyyən edilmişdir ki, “Maqnerot” preparatı bu xəstələrdə bazu arteriyasının diametrinin və endoteldənasılı vazodilatasiyanın artmasına, eyni zamanda intima-medianın qalınlığı iləqan axınının maksimal sürətinin azalmasına səbəb olur. “Maqnerot” preparatı ilə müalicə kursunun sonunda xəstələrin 74,3%-də endotelin funksiyası normallaşmış, nəzarət qrupunda isə bu parametr dəyişməmişdir.

More from our Archive