DOI: 10.28942/acj.v28i2y2026.139 ISSN:
ÜRƏK ÇATIŞMAZLIĞINDA SOLUBLE ST2 BİOMARKERİNİN PATOFİZİOLOJİ VƏ KLİNİK ƏHƏMİYYƏTİ: MÜASİR ƏDƏBİYYAT İCMALI
Gülanə AğayevaÜrək çatışmazlığı (ÜÇ) ürəyin orqanizmin metabolik ehtiyaclarını ödəmək üçün yetərli qan dövranını təmin edə bilməməsi ilə xarakterizə olunan mürəkkəb klinik sindromdur. Xəstəliyin patofiziologiyasında miokardial mexaniki stress, neyrohumoral aktivləşmə, xroniki iltihab, oksidativ stress, miokardial fibroz, hipertrofiya və ventrikulyar remodelləşmə kimi bir-biri ilə qarşılıqlı əlaqədə olan çoxsaylı mexanizmlər iştirak edir. Bu mexanizmlərin intensivliyinin xəstədən xəstəyə fərqlənməsi ÜÇ-nin klinik gedişinin heterogenliyinə və eyni klinik fenotip daxilində müxtəlif proqnostik profillərin yaranmasına səbəb olur. [1–4]