DOI: 10.28942/jtcem.v5i3y2025.178 ISSN:

ÇEYNƏMƏ ƏZƏLƏSİNİN SAGİTTAL ÖLÇÜSÜ: ULTRASƏS TƏDQİQATI, ÇEYNƏMƏ VƏ MİMİKİ ƏZƏLƏLƏRLƏ KORRELYASİYASI

V.B Şadlinski

Çeynəmə əzələsinin əng sümüyü daxil olmaqla bütün üz kəlləsi kompleksinə təsirinin öyrənilməsi klinik əhəmiyyət daşıyır, belə ki, bu, üz skeletinin inkişafı və böyüməsi proseslərini anlamağa xidmət edir. Müxtəlif skelet tiplərində çeynəmə əzələsinin statistik əhəmiyyətli fərqlər nümayiş etdirən qalınlığı müəyyən olunmuşdur [1,2]. Wu WT. və həmmüəllifləri qeyd etmişlər ki, üz əzələlərinin səthi yerləşməsi onların ultrasəs müayinə üsulu ilə vizualizasiyasını asanlaşdırır.

More from our Archive